ABŞ-ın Ukraynaya hərbi yardımları davam edir

post-img

Rusiya-Ukrayna müharibəsi fonunda Vaşinqtonun Kiyevə hərbi və humanitar yardımları artmaqdadır. ABŞ yaxın günlərdə növbəti hərbi yardım paketinin bir hissəsi kimi Ukraynaya yeni silahların veriləcəyini elan edəcək.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə jurnalistlərə deyib ki, Ukrayna əks-hücum əməliyyatını həyata keçirmək üçün lazım olan hər şeyə malikdir: “Biz, o cümlədən Avropadakı və dünyadakı müttəfiqlərimiz, tərəfdaşlarımız onu böyük miqdarda hərbi texnika ilə təmin etmişik. Bunu davam etdirəcəyik, ona görə də yaxın günlərdə daha çox hərbi yardım elanlarını gözləmək olar".

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya