ABŞ Konqresində prezidentə qarşı impiçment təhqiqatı

post-img

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Co Baydenin ailəsinin xaricdə korrupsiya sxeminə cəlbi ilə bağlı dövlət başçısına qarşı impinçmentin tətbiqi üçün təhqiqata başlamaq niyyətindədir. Bu barədə aşağı palatanın spikeri Kevin Makkarti (Kaliforniya ştatından respublikaçı) bəyan edib. Məlumatı “The Hill”ə istinadən “İzvestiya.ru” verib.

Onun sözlərinə görə, ABŞ lideri “Rişçard Niksonun vaxtından bəri” ölkə siyasətçilərinin görmədiyi üsullardan istifadə edir. Belə ki, Bayden hökuməti şəxsi ailəsinin maraqları üzərində kökləyir və Konqresi nəzarət imkanından məhrum edir.

Spiker ümid etdiyini bildirib ki, Nümayəndələr Palatası bütün suallara cavab almaq üçün ABŞ Konstitusiyasının tələb etdiyi kimi, bu məsələni impiçment haqqında təhqiqata qədər aparacaq. 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

Dünya