Almaniya Ukraynaya "Leopard"lar göndərəcək

post-img

Almaniya Ukraynaya ilk dəfə 10 ədəd “Leopard 1А5” tankı göndərəcək. 

Almaniya mətbuatı yazır ki, “Leopard”larla yanaşı Ukraynaya tanklar və zirehli maşınlar üçün 20 ədəd MG3 pulemyotu, 1035 ədəd 155 mm-lik top mərmiləri və sursatlar, 12 qoşqu və körpü sistemi, 10 radar, 16 “Zetros” yük maşını, 100 min ilk tibbi yardım dəsti veriləcək.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Almaniya dəfələrlə Ukraynaya hərbi yardım paketini təqdim edib. Sonuncu paket iyulun 13-də ayrılıb.

 

Rizvan FİKRƏTOĞLU,

"Xalq qəzeti"

Dünya