ABŞ Prezidenti Co Bayden İsveçin NATO-ya üzvlüyünü dəstəklədiyinə görə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib. Məlumatı “Anadolu” verib.
“Dünən Türkiyə İsveçin NATO-ya qəbulu ilə bağlı tarixi razılaşmaya imza atdı. Prezident Ərdoğan, göstərdiyiniz mərdliyə, liderliyə və diplomatiyaya görə çox sağ olun!” – Bayden özünün “Twitter”ində yazıb.
Yazı Türkiyə və ABŞ prezidentlərinin Vilnüsdə NATO sammitindəki görüşünə həsr olunmuş videokollajla müşayiət olunur.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”