Niderland hökuməti istefaya gedib

post-img

Mark Rüttenin başçılığı ilə Niderland hökuməti istefa verdiyini bəyan edib. Bu barədə hökumət başçısı mətbust konfransında bildirib. Məlumatı “İzvestiya.ru” yayıb.

“Artıq hökumətin istefası ilə bağlı müraciət krala çatdırılıb”, - deyə Rütte bildirib. 

Onun sözlərinə görə, hakim koalisiyada miqrasiya siyasəti ilə bağlı fikir ayrılığı hökumətin çökməsinə səbəb olub.

Qeyd edək ki, bir qədər əvvəl təhlükəsizlik və ədliyyə naziri Erik van der Burq parlamentdə deyib ki, Niderland 2023-cü ildə 47,5 min Ukrayna qaçqınını qəbul etməlidir. Bununla da, ilin axırına qədər ölkədə 135 min ukraynalı qaçqın olacaq. 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya