Ukrayna Prezidenti sabah Türkiyəyə səfər edəcək

post-img

İyulun 7-də Ukrayna Prezidenti Volodimir Zelenski  Türkiyəyə işgüzar səfər edəcək.

Anadolu agentliyinə istinadla xəbər verilir ki, Ukraynanın dövlət başçısı İstanbula Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə gəlir.

Səfər çərçivəsində prezidentlərin təkbətək və nümayəndə heyətləri ilə görüşü olacaq. Görüşlərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı son vəziyyət, müddəti iyulun 17-də başa çatacaq taxıl dəhlizi sazişi və Ankara ilə Kiyev arasında ikitərəfli əlaqələr müzakirə ediləcək.

"Xalq qəzeti"

Dünya