Türkiyənin Xarici İşlər naziri Hakan Fidan ABŞ-ın Dövlət katibi Entoni Blinkenlə telefon danışığı zamanı NATO-nun genişləndirilməsi, “taxıl sövdələşməsi” və narkotrafiklə mübarizə kimi məslələri müzakirə edib. Məlumatı “Anadolu”verib.
Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib ki, diplomatiya idarələrinin rəhbərləri bir sıra digər məsələlərlə yanaşı, sintetik narkotiklərin yayılması təhlükəsi ilə mübarizə və bununla bağlı iyulun 7-də ABŞ-ın sədrliyi ilə keçirilməsi planlaşdırılan beynəlxalq görüş barədə də fikir mübadiləsi aparıblar.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”