Süni intellektin ilk dərmanı

post-img

Xroniki ağciyər xəstəlikləri üçün “Insilico Medicine” şirkəti tərəfindən hazırlanmış dərman preparatı insanlar üzərində ilk sınaqlarına başlayır. Bu dərmanı fərqləndirən isə onun tamamilə süni intellekt tərəfindən hazırlanmasıdır. Bu barədə şirkətin saytında məlumat verilib.

Şirkətin baş direktoru Aleks Javo­ronkov bildirib ki, preparat süni intellekt tərəfindən kəşf edilmişdir və bu qəbil­dən olan ilk dərmandır. Dərmanın kəş­finə 2020-ci ildən başlanıb. Preparat birinci mərhələni uğurla keçib.

A.Javoronkov, həmçinin qeyd edib ki, preparat bütün testlərdən keçərsə, süni intellektin dərmanların kəşfi və in­kişafında inqilab edəcəyini gözləmək olar.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya