“Facebook”, “Instagram” və “WhatsApp”ın sahibi “Meta” şirkəti “Twitter”ə rəqib olacaq yeni tətbiqi –“Threads”i təqdim etməyə hazırlaşır. Bəs “Threads” nədir, nə vaxt buraxılacaq və ona necə üzv olaq?
İnsanlar bu proqram vasitəsilə onları maraqlandıran mövzular, trend hadisələr barəsində söhbət edəcək, populyar şəxslər və digər istifadəçilərlə bir-birini izləyəcək, ünsiyyət qura biləcəklər. Həmçinin ideya və düşüncələrini paylaşacaq və yaxud şəxsi işlərini bu platformada tanıtdıra biləcəklər.
“Instagram” vasitəsilə istifadəçilər rahat şəkildə platformada qeydiyyatdan keçə və mövcud kontaktlarını izləyə biləcəklər. Hesabı olmayan istifadəçilər isə “Threads”də yeni hesab açacaqlar.
Qeyd edək ki, “Threads” tətbiqinin iyulun 6-da satışa çıxarılacağı bildirilib.
Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”