Daşkənddəki Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetində “Qlobal təhsil və insan dəyərləri: problemlər və həll yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.
Tədbirdə Özbəkistandan başa Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər dövlətlərin alimləri, təhsil ekspertləri iştirak edib.
Ölkəmizi bu tədbirdə Azərbaycan Dillər Universitetinin dosenti, Daşkənd Dünya Dilləri Universitetində Azərbaycan dilini tədris etmək üçün ezam olunmuş Sevinc Musayeva təmsil edib.
Konfransda qlobaal təhsil, insan dətərləri, təhsilin problemləri və həlli yolları ilə baağlə məruzələr dinlənilib.
Sevinc Musayeva kon fraansda təhsil insan kapitalının formalaşmasənda mühüm amil kimi, sosial iqtisadi inkişafda təhsilin rolu, vətəndaş cəmiyyətinin formalaşmasında təhsilin özünəməxsus rolu, rəqəmsal texnologiyaların təhsilə təsiri, təhsilin keyfiyyəti və əlçatanlığı, təhsil sistemində innovasiyaların rolu, təhsilin inkişafında perspektivlər və problemlər, təhsilin prioritet inkişafı millətin rifahı və inkişafının təmin olunması istiqamətində dövlət siyasətinin mühüm tərkib hissəsi kimi mövzularında məıruzə edib.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd


