Əfqanıstanda gözəllik salonları qadağan edilib

post-img

Əfqanıstanda hakimiyyətdə olan Taliban ölkədəki gözəllik salonlarını bağlayıb.

Bu barədə Lenta.ru xəbər verir.

Salonların işinə qadağa Kabildə və ştatın digər əyalətlərində tətbiq edilib. 

Bəzi yerli iş qadınları jurnalistlərə bildiriblər ki, bu gün qadınların gözəllik salonlarında işləməsi ailələrini dolandırmağın yeganə yoludur.

Kabil bələdiyyəsinin nümayəndəsi hadisə ilə bağlı dəqiq məlumata malik olmadığını bildirib.

Taliban 2021-ci ildə hakimiyyətə gəldikdən sonra qadınları təhsil və işləmək üçün bütün imkanlardan faktiki olaraq məhrum edib, həmçinin onların ictimai yerlərdə kişi qəyyumunun müşayiəti olmadan hərəkətini məhdudlaşdırıb.

"Xalq qəzeti"

Dünya