Windows 11 yeniləmələri əməliyyat sistemini ləngidir

post-img

Windows 11 yeniləmələrində naməlum səhvlər əməliyyat sisteminin işinin ləngiməsinə səbəb olub.

Lenta.ru xəbər verir ki, bu barədə "Windows Latest" nəşri məlumat yayıb.

Media ekspertlərinin fikrincə, problem ilk dəfə hələ mart ayında "Microsoft"un bir neçə məcmu yeniləmələr buraxdığı vaxt müşahidə edilib. İstifadəçi rəyinə əsasən, yeniləmələr bəzi SSD-lərin sürətini kəskin şəkildə azaldır ki, bu da sistemin işinə mənfi təsir göstərir.

Nəşrin jurnalistləri müəyyən ediblər ki, bir sıra istifadəçilər KB5027303, KB5027231, KB5026372, KB5025239 və KB5023778 yeniliklərini quraşdırdıqdan sonra SSD-nin ləngiməsi ilə bağlı problemlərlə üzləşiblər. Bir qayda olaraq, sürət bütün tapşırıqlarda azalmır, ancaq böyük fayllarla əməliyyatlar zamanı - məsələn, sənədləri bir toplayıcıdan digərinə köçürərkən və ya video oyun quraşdırarkən müşahidə edilir.

"Xalq qəzeti"

İKT