Almaniya kansleri Olaf Şolts rumıniyalı həmkarı Marsel Çolaku ilə keçirdiyi mətbuat konfransında deyib ki, Ukrayna müdafiəçiləri rus qoşunları ilə müharibədə çox dəqiq və mütəşəkkil hərəkətlər nümayiş etdirirlər.
O.Şolts Rusiyanın Ukraynaya qarşı müharibəsində "hər şeyin bir gündə dəyişəcəyini" heç vaxt gözləmədiyini deyib, lakin Ukrayna ordusunun əməliyyatları "çox məqsədyönlü" planlaşdırdığını qeyd edib.
Eyni zamanda, Çolaku ölkəsinin Ukrayna Silahlı Qüvvələrinin əks-hücumundan sonra müharibənin bitəcəyini gözlədiyini, lakin daha uzun münaqişəni nəzərə almalı olduğunu bildirib.
Almaniya kansleri, həmçinin əlavə edib ki, mühüm məqam NATO-nun “Ukraynaya böyük praktiki dəstəyi”dir ki, bu dəstək davam edəcək.
"Almaniya Ukraynanı uzun müddət də olsa dəstəkləmək üçün şərait yaradıb, əgər müharibə uzun müddət davam edərsə. Bir çox ölkələr bir, iki, üç il, lazım gələrsə, daha uzun müddətə yardım göstərə biləcəklər. Çünki biz bilmirik, müharibə nə qədər davam edəcək, - Almaniya hökumətinin başçısı əlavə edib.
"Xalq qəzeti"