İran Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv qəbul edilib.
Bu barədə Rusiya KİV-i ŞƏT dövlət başçılarının sammitinin yekununda qəbul edilmiş Nyu-Dehli Bəyannaməsinə istinadən məlumat yayıb.
“Üzv dövlətlər İran İslam Respublikasının ŞƏT-ə tamhüquqlu üzv dövlət kimi qəbul edilməsinin tarixi əhəmiyyətini vurğuladılar”, - sənədin mətnində deyilir.
İran 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən ŞƏT-in əvvəlki sammitində assosiasiyaya üzv dövlət statusunun alınması ilə bağlı öhdəlik memorandumu imzalamışdı.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənaninin qeyd etdiyi kimi, İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv kimi qəbul edilməsi bütün tərəflərin maraqlarına uyğun olacaq.
"Xalq qəzeti"