“2023-cü il Heydər Əliyev ili” çərçivəsində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Samux Rayon Təhsil Sektoru və Samux Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn “Azərbaycan mənim həyatımın mənasıdır” adlı qısametrajlı filmin nümayişi olmuşdur.
Samux məktəblilərinin təqdimatında hazırlanan filmdə Ulu Öndərin zəngin irsinin gənclər arasında daha dərindən təbliği nəzərdə tutulmuşdur.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev film haqda fikirlərini bölüşmüş, Ulu Öndər Heydər Əliyevin bizə miras qoyub getdiyi zəngin irsin hər bir kəs üçün daim örnək olduğunu vurğulamış, şagirdlərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev də filmlə bağlı təəssüratlarını bildirmiş, uşaqlara daha böyük yaradıcılıq uğurları arzulamışdır.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə filmin rejissoru Pərvin Məmmədov, Samux Rayon Çobanabdallı kənd tam orta məktəbinin direktoru Arzu Kərimov, həmçinin filmin çəkilişində iştirak edən şagirdlər mövzu ətrafında fikirlərini söyləmişlər.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri