Ukraynanın müdafiə naziri Aleksey Reznikov bəyan edib ki, ölkəyə onlarla “Leopard” tankı gətirilib. Bu barədə dünən ö, özünün sosial şəbəkə hesabında yazıb. Məlumatı “İzvestiya.ru” verib.
“Ukraynaya onlarla “Leopard” gəlib, bu göstərir ki, onlar nəyə qadirdir. Onların da vaxtı gələcək”, - deyə Reznikov bildirib.
Nazir almaniyalı həmkarı Boris Pistoriusa Ukraynaya hərbi dəstəyinə görə minnətdarlığını bildirib.
Dünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bəyan edib ki, ölkəsinin hərbçiləri Ukraynanın 16 “Leopard”ını vurub. Onun sözlərinə görə, bu, Polşa və Portuqaliyanın Ukraynaya verdiyi tankların 100 faizidir.
P.ƏMİRCANOV,
"Xalq qəzeti”