2022-ci ildə Rusiyanın dövlət borcu 22,82 rubla çatıb. Bu barədə TASS Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
2022-ci ildə Rusiyanın dövlət borcu rubl ilə ifadədə 22,82 rubla çatıb. Bu barədə TASS Hesablama Palatasının rəyinə istinadən xəbər verir.
Sənəddə deyilir ki, ötən ilin 12 ayı ərzində dövlət borcu təxminən 1,9 trilyon rubl və ya 9,1% artaraq Rusiya ÜDM-nin (ümumdaxili məhsul) 14,9%-ni təşkil edib. Rusiyanın 22,82 trilyon rubl dövlət borcunun 18,78 trilyon rublu daxili, 4,04 trilyon rublu isə xarici borcdur.
Ümumi dövlət borcunun ÜDM-ə nisbəti keçən il 0,6 faiz azalıb, dövlət borcuna xidmət xərcləri isə 2021-ci ildəki 1,08 trilyon rubldan 2022-ci ildə 1,33 trilyon rubla yüksəlib.
Rusiya prezidenti Vladimir Putin may ayında iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə Rusiya Federasiyasının dövlət borcunun göstəricilərini “yaxşı” adlandırıb. Onun sözlərinə görə, ABŞ-da bu göstərici 121,7%, Avrozonada isə 90,9% səviyyəsindədir. Məsələn, Almaniyada dövlət borcunun səviyyəsi 66,5%, Fransada 111,1% təşkil edir.
"Xalq qəzeti"