Avropa Birliyi İrana qarşı sanksiyaları uzadacaq

post-img

Avropa İttifaqı (Aİ) ölkələri 2023-cü ilin oktyabrında başa çatacaq İrana qarşı sanksiyaları uzatmaq niyyətindədir. Bu sanksiyalar İranın ballistik raketlərin hazırlanması və istehsalına görə tətbiq edilmişdi.

Bu barədə “Reuters” agentliyi məlumar yayıb.

Mənbələr Aİ-nin sanksiyaların müddətinin uzadılmasına qərar verməsinin üç səbəbini qeyd ediblər: Rusiyanın Ukraynada İranın pilotsuz təyyarələrindən istifadə etməsi, İran raketlərinin Rusiyaya çatdırma ehtimalı və Tehranın nüvə sazişinin şərtlərini pozması.

Adı açıqlanmayan avropalı diplomat agentliyiə bildirib ki, “İranlılara kifayət qədər aydın şəkildə deyilib və indi məsələ ondan ibarətdir ki, onlar hansı cavab addımları atacaqlar”.

"Xalq qəzeti"

Dünya