Hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində Əməliyyat-taktiki fakültənin II kurs dinləyicilərinin buraxılışına həsr olunmuş mərasim keçirilib.
Polkovnik Bəbir Quliyev buraxılış mərasiminin proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev çıxış edərək mərasim iştirakçılarını salamlayıb, kursu müvəffəqiyyətlə başa vurmuş dinləyiciləri təbrik edib, onlara xalqımıza, dövlətimizə, ordumuza və Ali Baş Komandanımıza layiq lider - komandir olmağı arzulayıb.
General-leytenant H.Piriyev tərəfindən kurs müddətində tədris və intizama görə fərqlənən məzunlara diplom və döş nişanları təqdim edilib. Əməliyyat-taktiki fakültənin II kursunun digər məzunlarına da diplomlar və döş nişanları təqdim olunub.
Kurs birincisi mayor Pərvin İbadov çıxış edərək Milli Müdafiə Universitetinin rəhbərliyinə, professor və müəllim heyətinə bütün dinləyicilər adından dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
"Xalq qəzeti”