Putin: Rostovda vəziyyətin sabitləşməsi üçün də qəti addımlar atılacaq

post-img

RF Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib ki, Rostov-Donda faktiki olaraq bütün mülki və hərbi idarələrin işi bloklanıb. “Vaqner” rəhbəri Yevgeni Priqojin təsdiq edir ki, şəhərdəki hərbi obyektlərə nəzarət edir. 

Putin qiyamın qarşısının alınması üçün hər cür tədbir görüləcəyini bəyan edib. Məlumatı “Kommersant.ru” verib. 

RF Prezidenti deyib: “Hərbi və dövlət orqanları lazımi əmrləri alıblar, Moskva vilayətində, bir sıra digər regionlarda antiterror tədbirləri görülür. Rostovda vəziyyətin sabitləşməsi üçün də qəti addımlar atılacaq”. 

Putin bütün ölkəni “hər bir təhlükədən, o cümlədən daxili satqınlıqdan” qoruyacağını bildirib. 

 

P.ƏMİRCANOV,

"Xalq qəzeti”

Dünya