Ay Yerdən uzaqlaşırmı?

post-img

Ay tədricən planetimizdən uzaqlaşır. Düzdür, bu, çox aşağı sürətlə baş verir – ildə 38 millimetr. Viskonsin–Madison və Kolumbiya universitetlərinin tədqiqatçıları 1,5 milyard il əvvəl Yer gününün təxminən 18 saat davam etdiyini hesablayıblar. 

O zaman Ay Yerə indikindən 44 min kilometr daha yaxın olub. Astrofiziklərin fikrincə, artan məsafə planetin öz oxu ətrafında fırlanmasına, eyni zamanda iqlimə və günün uzunluğuna təsir edib. Bir neçə milyard ildən sonra Ayın or­biti təxminən iki dəfə artacaq və gün 870 saat uzanacaq. Ekspertlərin proq­nozlarına görə, zaman keçdikcə onlar bir-birindən uzaqlaşmayacaq və peyk yenidən Yerə doğru hərəkət etməyə başlayacaq, 

L.AZAD, “Xalq qəzeti”

Dünya