“Varlı qadın” Bakıda

post-img

Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti Bakıda qastrol səfərində olub.

“Aktyor Evi”ndə yazıçı-dramaturq Əli Əmirlinin “Varlı qadın” pyesi əsasın­da hazırlanan eyniadlı tamaşa nüma­yiş etdirilib. 

“Varlı qadın” pyesi Tacikistanda V.Mayakovski adına Dövlət Rus Dram Teatrında və Vohidov adına Tacikstan Dövlət Gənclər Teatrında tamaşaya hazırlanmışdır. Vohidov teatrının tacik dilində hazırlanmış tamaşası Almaatı­da keçirilmiş Yaxın Şərq ölkələrinin ll Beynəlxalq Teatr festivalında iki nomi­nasiya üzrə mükafata və qızıl medala layiq görülmüşdür. Elə həmin festival­da digər teatrların diqqətini cəlb edən “Varlı qadın” Qırğızıstanın paytaxtın­da A.Umuraliyev adına Bişkek Şəhər Dram Teatrında rus və qırğız dillərində tamaşaya qoyulmuşdur. 

Rəngarəng tərtibatlı və geyimli, cəlbedici rejissor işi, baxımlı aktyor oyunu ilə seçilən səhnə əsəri audito­riya tərəfindən böyük rəğbətlə qarşı­lanıb.

Tamaşanın rejissoru Xalq artisti Va­leh Kərimovdur.

“Xalq qəzeti”



Mədəniyyət