Güclü külək əsəcək, bölgələrdə leysan yağacaq, dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazir­liyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyunun 21-də Bakıda və Abşeron yarımadasında də­yişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz müla­yim şimal-şərq küləyi ilə əvəz olunacaq. Gecə 17-22°, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 759 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperatu­ru:Şimal çimərliklərində: (Sumqayıt, No­vxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqul­ba) 21-22° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli inten­siv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənə­cək. Havanın temperaturu gecə 17-22°, gündüz 30-35°, dağlarda gecə 7-12°, gündüz 15-20° isti olacaq. 

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya