“Yaşayan adalar”

post-img

İrlandiyada sahibsiz adalarda yaşamaq istəyən gənclərin hər birinə 84 min avro məbləğində təzminat ödəniləcək. “Yaşayan adalar” adlandırılan bu proqrama 23 ada daxildir.

Məlumata görə, ödənişlər boş və sahibsiz evləri təmir edib, orada ya­şamaq istəyən şəxslər üçün nəzərdə tutulub. Belə evlərin sahibləri bərpa xərclərini ödəmək üçün də subsidi­yalar ala biləcəklər. Məbləğ evlərin vəziyyətindən asılı olaraq 60–84 min avro arasında dəyişir.

“Yaşayan adalar” proqramı ada icmaları üçün infrastrukturu yaxşılaş­dırmaq məqsədi daşıyır. Qeyd edək ki, İrlandiyada ev sahibi olmaq orada yaşamaq hüququnu tam təmin etmir.

H. FİDAN, “Xalq qəzeti”

Dünya