“Google Maps” Yerin 3D mənzərəsini təqdim edir

post-img

“Google Maps” veb xəritə tətbiqi Sidneyin Liman körpüsü, Praqa qalası və Berlin teleqülləsi kimi çox məşhur 500 əsas turizm məkanının və dünyanın müxtəlif şəhərlərindəki görməli yerlərin fotoreal 3D görüntülərini təqdim edir.

İndiyədək, bu formatda olan mən­zərələri yalnız Los-Anceles, Nyu-York, San-Fransisko, London və Tokio kimi bir neçə şəhərdə görmək mümkün idi. “Google Maps” immersiv görünüş xü­susiyyətini iyunun sonuna qədər Ams­terdam, Dublin, Florensiya və Venesiya kimi digər Avropa şəhərlərinə də aid edəcəyini bildirib.

Tətbiqdən istifadə zamanı, mən­zərənin ətrafında dövrə vurmaq, kame­ranın görünüşünü fırladıb sərbəst şəkil­də böyütmək və ya kiçiltmək mümkün olacaq. 

Bu yenilik eyni zamanda, müxtə­lif günlər üçün nəzərdə tutulmuş hava haqqında məlumatdan əvvəlcədən xəbərdar olmağa və günün müxtəlif vaxtlarında mənzərənin necə görün­düyündən, həmin vaxt yerin nə qədər izdihamlı olduğundan xəbərdar olmağa imkan verəcək. 

Fidan SALMANOVA, “Xalq qəzeti”

Dünya