Ukraynanın 263 hücumunun qarşısı alınıb

post-img

Ukrayna Silahlı Qüvvələri Rusiyanın xüsusi hərbi əməliyyat zonasında iyunun 4-dən bəri 263 hücum həyata keçirib. Bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bəyan edib. 

Onun sözlərinə görə, RF hərbçiləri bunun qarşısını mətanətlə alıb və Uk­rayna məqsədinə çata bilməyib. Ancaq Kiyev Donetsk, Cənubi Donetsk və Za­porojye istiqamətində hücumları davam etdirir: “Bu zaman Kiyev rejimi çox sayda Qərb silahlarından və NATO mütəxəs­sisləri tərəfindən hazırlanmış elit birləş­mələrdən istifadə edir”.

Nazir deyib ki, Ukrayna “HIMARS” və “Storm Shadow” raketləri ilə Krımı və Rusiyanın digər regionlarını vurmağı planlaşdırır. Onun fikrincə, bu raketlərin istifadəsi ABŞ və Böyük Britaniyanın mü­naqişəyə tammiqyaslı qoşulması demək­dir və Ukrayna ərazisindəki qərar qəbulu məntəqələrinə zərbə vurulmasına səbəb olacaq.

“Xalq qəzeti”

Dünya