Boris Conson parlamentə icazəsiz daxil ola bilməyəcək

post-img

Britaniyanın keçmiş baş naziri Boris Conson koronavirus pandemiyası zamanı şənliklər keçirilməsi ilə bağlı yalan danışdığına görə İntizam Komitəsi tərəfindən tənqid olunub. Britaniya Parlamenti İntizam Komitəsinin bu tənqid hesabatını təsdiqləyib.

Siyasətçini ittiham edən komitə üzv­lərinin yekun rəyini 354 deputat dəstək­ləyib, yalnız 7 deputat qərarın əleyhinə çıxıb. Ciddi siyasi pozuntuya görə inti­zam cəzası olaraq Boris Conson sabiq deputat kimi parlament binasına icazə­siz daxil olmaq hüququndan məhrum edilib. Çoxları səsverməni rəmzi hesab etsə də, digərləri onu parlamentə eti­madı bərpa etmək istiqamətində mü­hüm addım kimi qiymətləndirib.

Xatırladaq ki, Boris Conson hələ ko­missiyanın gəldiyi nəticə dərc edilənə qədər parlament üzvlüyündən istefa vermişdi.

“Xalq qəzeti”

Siyasət