Rusiya və ABŞ səfirləri görüşüblər

post-img

Vaşinqtonda Rusiya və ABŞ səfirləri Anatoli Antonov və Linn Treysinin görüşü olub. Məlumatı Rusiyanın ABŞ-dakı səfirliyi yayıb. 

“Xalq qəzeti” “İnterfaks.ru”ya istinadən xəbər verir ki, görüşdə ikitərəfli gündəliyin aktual məsələləri müzakirə olunub. 

Bir gün əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirmişdi ki, Moskva və Vaşibqton arasında əlaqələr mütəmadi deyil. Bu əlaqələrin hansı səviyyədə olduğu barədə suala Uşakov belə cavab vermişdi:  “Demək olar ki, diplomatik səviyyədə, ancaq bunlar tez-tez olmur”.

Həmin gün Prezident Vladimir Pitin də Peterburq İqtisadi Forumunda bəyan etmişdi ki, “əlaqələrimiz praktik olaraq yoxdur, ancaq biz bundan imtina etməmişik”. 

P.ƏMİRCANOV,
"Xalq qəzeti”

Dünya