Almaniya Hindistandan 5,2 milyard avro dəyərində qayıq alacaq

post-img

Almaniya Hindistandan 5,2 milyard avro dəyərində sualtı qayıq almaqla bağlı danışıqlar aparır. Bu səbəbdən Almaniyanın “ThyssenKrupp AG” müdafiə sənayesi şirkəti və Hindistanın “Mazagon Dock Shipbuilders Limited” (MDL) şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Müqavilənin şərtinə əsasən, Almaniya şirkəti Hindistan Hərbi Dəniz Qüvvələrinə 6 sualtı qayıq inşa edəcək.

Hindistan sözügedən razılaşma ilə Rusiya hərbi texnikasından asılılığını azaltmağı planlaşdırarkən, Almaniya Berlinin müdafiə sənayesini gücləndirməyi hədəfləyir. Bildirilir ki, çoxmilyardlıq sövdələşmə ilə bağlı danışıqlar yekunlaşmaq üzrədir.

Rizvan FİKRƏTOĞLU,
"Xalq qəzeti"

Dünya