Türkiyə Suriyada yeddi ekstremisti zərərsizləşdirib

post-img

Türkiyə Müdafiə Nazirliyi Suriyada türk hədəflərini atəşə tutan ekstremist təşkilatın 7 üzvünün zərərsizləşdirildiyini açıqlayıb.

Nazirliyin bazar günü yaydığı bəyanatda qeyd olunur ki, məhv edilənlər arasında iki ekstremist komandir də var.

Söhbət Kürdüstan Fəhlə Partiyası (PKK) və Suriya kürdlərinin “Xalq Özünümüdafiə Qüvvələri”ndən (XHQ) gedir. Ankara bu təşkilatları əlaqəli hesab edir və onları terror təşkilatları kimi tanıyır.

“Fərat Qalxanı (Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında hərbi əməliyyatı) əməliyyatı zonasında PKK/XHQ tərəfdən Cibrin bazası ərazisi və Onjupinar polis bölməsi minaatan və raket atəşinə tutulub. . Atəşin aparıldığı məntəqələr müəyyən edilib və onlara intensiv cavab atəşi açılıb. İlkin hesablamalara görə, ikisi qondarma lider olmaqla, yeddi terrorçu məhv edilib və onların qərargahı dağıdılıb”, - Müdafiə Nazirliyinin bəyanatında deyilir.

PKK/XHQ tərəfindən atılan mərmilərin binalara və insanlara zərər vermədən Türkiyə tərəfindəki boş əraziyə düşdüyü bildirilir. Türkiyə Silahlı Qüvvələri cavab zərbələri endirərkən haubitsalardan və çoxsaylı reaktiv yaylım atəş sistemlərindən istifadə edib.

"Xalq qəzeti"

Dünya