Dünyanın ən maraqlı guşələri

post-img

Dünyanın ən dərin nöqtəsi Marian çökəkliyi hesab edilir, okean səthinin təxminən 1 kilometr dərinliyindədir.

Dünyanın ən isti yeri

ABŞ-ın Kaliforniya ştatında yerləşən "Ölüm vadisi" milli parkı planetin ən isti yeridir. 1913-cü il iyulun 10-da məhz “Ölüm vadisi”ndə ən yüksək temperatur (56.7 selsi)  qeydə alınıb.

Dünyanın ən soyuq yeri

Antarktidada Polar Yaylasının üst hissəsində temperatur mənfi 92.7 ° C-yə düşə bilər.

Ən çox əhalisi olan şəhər

Əhalisinin sayı ən çox olan şəhər Çindədir. Şanxay şəhərinin əhalisi 24 150 000 nəfərdən çoxdur.

Ən az əhalisi olan şəhər

Cəmi 842 vətəndaşı olan Vatikan dünyada ən az əhalisi olan şəhər və ən kiçik dövlət kimi tanınır.

Ən varlı şəhər

Tokio dünyanın ən varlı şəhərlərinin sıyahısında yer alıb.

Ən yoxsul şəhər

Konqo Demokratik Respublikasının Kinşasa şəhəri dünyanın ən yoxsul şəhəri sayılır. Bu şəhərdə əhalinin gündəlik gəliri bir dollardan da aşağıdır.

Ən nəmli yer

Planetimizin ən nəmli yeri Hindistanın Mausinrama kəndi sayılır. Buraya hər il 11.900 mm yağış yağır. Bu kəndə 1985-ci ildə rekord həcmdə, 25.400 mm yağış düşmüşdür.

Ən quraq yer

Planetimizin ən quraq yeri  Çilidəki Atakama səhrasıdır.

Ən günəşli yer

Arizona ştatının Yuma şəhərində günəş gündə ən azı 11 saat ortalama işıq saçır, bu da ildə təxminən 4015 saat günəş işığı deməkdir.

Ən qədim şəhər

Suriyanın paytaxtı Dəməşq dünyanın ən qədim daimi məskunlaşmış şəhəridir. Şəhərin yaşı təqribi olaraq 4000 ildən 10 000 ilə qədər qiymətləndirilir.

Ən gənc dövlət

Cənubi Sudan 2011-ci ildə müstəqil dövlət olaraq tanınıb. Buna görə dünyanın ən gənc dövləti Cənubu Sudan sayılır.

Ən çox ziyarət edilən şəhər

Londonu hər il 18 milyondan çox turist ziyarət edir.

Dünyanın ən yüksək nöqtəsi

Dünyanın ən hündür nöqtəsi Himalay dağlarının Everest zirvəsi hesab edilir. Zirvənin hündürlüyü 8848 metrdir.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya