Ukrayna liderinin ofisinin rəis müavini İqor Jovkva bildirib ki, Prezident Vladimir Zelenski mayın 19-da Yaponiyanın Xirosima şəhərində başlayacaq G7 sammitində şəxsən iştirak edə bilər.
Gazeta.Ru xəbər verir ki, o, Yaponiyaya mümkün səfərlə bağlı qərarın hərbi vəziyyətdən asılı olaraq veriləcəyini qeyd edib.
Bundan əvvəl "Kyodo Tsushin" xəbər agentliyi də Zelenskinin səfəri barədə məlumat vermişdi və cənab Jovkva da müvafiq səfərlə bağlı qərarın “döyüş meydanındakı vəziyyətin hərtərəfli qiymətləndirilməsindən” sonra veriləcəyini söyləmişdi.
G7 sammiti mayın 19-dan 21-dək keçiriləcək. ABŞ -Prezidenti Co Bayden artıq tədbirə gəlib.
"Kyodo News" xəbər verir ki, sammitdə biri Ukrayna ilə bağlı olan altıya yaxın sənəd ictimaiyyətə açıqlanacaq.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və Avropa Şurasının prezidenti Şarl Mişel də bildiriblər ki, sammitdə Avropa İttifaqı Ukraynaya hərbi yardımı genişləndirməkdə israr etmək niyyətindədir.
S.ELAY,
"Xalq qəzeti"