Ermənistan-Azərbaycan dəmir yolunun bərpası ilə bağlı Brüsseldə müəyyən müsbət anlaşma formalaşıb, lakin əvvəlki təcrübəni nəzərə alaraq, hələlik bu hissə ilə bağlı konkret fikirlərdən yayınacam. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 18-də hökumətin iclasında deyib.
O, Ermənistan tərəfinin tərəflərin suverenliyi, legitimliyi, bərabərliyi və qarşılıqlılığı prinsipləri əsasında mümkün qədər tez kommunikasiyalar açmağa hazır olduğunu təsdiqləyib.
S.ELAY,
"Xalq qəzeti"