Fransa Ukraynaya uzaqmənzilli raketlər verəcək

post-img

Fransa prezidenti Emmanuel Makron Ukraynaya müqavimət göstərməyə imkan verəcək uzaqmənzilli raketlərin veriləcəyini bildirib.

E.Makron deyib ki, Rusiya ilə müharibə aparmırlar: “Ukraynaya rus təcavüzünə müqavimət göstərməyə kömək edirik. Bu, onu göstərir ki, biz Ukraynaya Rusiya ərazisini vura biləcək silah vermirik”.

Fransa prezidenti uzaqmənzilli raketlərin növü, xarakteristikası, sayı və bu kimi məsələlər barədə məlumat verməyib.

Rizvan FİKRƏTOĞLU,
“Xalq qəzeti”

Dünya