Türkiyə apreldə 235,7 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edib

post-img

Türkiyə aprel ayında 235,7 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac edib. Aralıq dənizi Təzə Meyvə və Tərəvəz İxracatçıları Birliyinin sədri Ferhat Gürüz Türkiyanin aprel ayında 235,7 milyon dollarlıq təzə meyvə-tərəvəz ixrac etdiyini açıqlayıb.

F.Gürüz yazılı açıqlamasında aprel ayında beynəlxalq bazarlarda 326,20 ton məhsul satıldığını qeyd edib.

Birlik olaraq aprel ayında ölkənin xarici satışlarına qatqı təmin etdiklərini ifadə edən Gürüz “Türkiyenin aprel ayında meyvə-tərəvəz ixracatı 235,7 milyon dollar oldu. Birliyimiz 99 milyon dollarla ölkənin ixracatına dəstək verdi” - deyə qeyd edib.

Sözügedən dövrdə ən çox ixracatın Rusiyaya edildiyi barədə məlumatı paylaşan Gürüz deyib:

“Aprel ayında ən çox ixrac etdiyimiz məhsullar siyahısında 16 faiz artım və 69,3 milyon dollarla pomidor birinci, 16 faiz artım və 28,8 milyon dollarla bibər ikinci, 12 faiz artım və 28,5 milyon dollarla limon üçüncü olub. Müvafiq dövrə aid ixracımızı ölkələrə görə tədqiq etdiyimiz zaman ilk üç yeri Rusiya, Rumıniya və Ukrayna tutub. Rusiyaya 25 faiz artımla 58,1 milyon dollarlıq, Rumıniyaya 30 faiz artımla 35,1 milyon dollarlıq, Ukraynaya isə 40 faiz  artımla 19,6 milyon dollarlıq ixrac reallaşdırılıb” (TRT).

Anar ƏLİ,

“Xalq qəzeti”

Dünya