Avstriya rusları bütün Qərb dərmanlarından məhrum etməyi təklif edir

post-img

Avstriya İqtisadi Tədqiqatlar İnstitutunun direktoru Qabriel Felbermayer hesab edir ki, Qərb dərmanlarının sanksiya siyahılarına daxil edilməsi Moskvaya təzyiqi artırmağa kömək edəcək. Bu barədə "Spiegel" qəzeti yazıb.

O, Qərb ölkələrinin tətbiq etdiyi anti-Rusiya sanksiyalarının kifayət qədər effektli olmadığını vurğulayıb. İqtisadçının fikrincə, bir çox mallara qoyulan məhdudiyyətlərin aradan qaldırılması yanlış qərar idi. “Rusiyaya ən qəddar şəkildə təzyiq göstərə biləcək şeylərə münasibətdə bunu etmək axmaqlıq idi. Məsələn, dərman vasitələrini, dərmanları nəzərdə tuturam”, - deyə o bildirib.

Felbermayer əlavə edib ki, Rusiyaya güzəştə getmək olardı və humanitar səbəblərə görə dərmanlarla bağlı sanksiyanı istisna etmək olardı. Amma bu vəziyyətdə Rusiya hakimiyyətinə siyasi təzyiq o qədər də güclü olmazdı. Eyni zamanda, ekspert qeyd edib ki, Rusiya sanksiyalara baxmayaraq ehtiyac duyduğu malları almaq üçün alternativ yollar tapa bilib.

S.ELAY,

"Xalq qəzeti"

Dünya