ABŞ Ukrayna Prezidenti Zelenskinin iclaslarını dinləyib –CNN

post-img

ABŞ Ukrayna Prezidenti Vladimir Zelenskinin keçirdiyi müşavirələri dinləyib. Bu barədə CNN Pentaqondan "sızan" sənədlərə istinadən yazır. 
ABŞ hərbçilərinin "sızması" ndan əldə edilən məlumata görə, fevralın sonunda Zelenski pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiya qoşunlarının Rostov vilayətindəki yerlərinə zərbələr endirməyi təklif edib.
Nəşrin müəllifləri güman edirlər ki, ABŞ Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyindən qorxaraq Ukraynaya uzun mənzilli raket sistemləri vermək istəmir. 
Bundan əlavə, Çinin Rusiya ərazisinə zərbələrdən yararlana, NATO-nu təcavüzkar kimi göstərə biləcəyi və bundan sonra Rusiyaya yardımını genişləndirəcəyi ilə bağlı narahatlıqlar ifadə edilib. 
Bundan əlavə, CNN telekanalı bildirib ki, rəsmi Kiyev Ukrayna silahlı qüvvələrinin  vəziyyəti ilə bağlı gizli sənədlərin sızmasından sonra hərbi planlarını dəyişdirib.

Anar Əli,
“Xalq qəzeti”

Dünya