Putin: Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

post-img

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək. Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalına müsahibəsində deyib.

V.Putinin sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyadan ölkəsində taktiki nüvə silahı yerləşdirməyi xahiş edib: "“Aleksandr Qriqoryeviç Lukaşenko ilə danışıqlarımıza gəlincə, buna səbəb, yəqin ki, Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya uran mərmi tədarük edəcəkləri barədə bəyanatı olub, lakin, yenə deyirəm, bu, bir növ nüvə texnologiyaları ilə bağlıdır".

Rusiya lideri iyulun 1-də Belarusda taktiki nüvə silahı üçün anbarın tikintisinin başa çatacağını, nüvə başlığı daşıyan “İsgəndər” raket sistemlərinin isə artıq Belarusa verildiyini bildirib. 

“Hətta bu hadisələrin kontekstindən kənarda, bu bəyanatda Aleksandr Qriqoryeviç Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini qaldırıb. Burada da qeyri-adi heç nə yoxdur”, - deyən Vladimir Putin ABŞ-ın onilliklər ərzində bunu etdiyini, öz taktiki nüvə silahını Avropada müttəfiq ölkələrinin, NATO ölkələrinin ərazisində altı ştatda yerləşdirdiyini xatırladıb.

Dünya