Təkrar sertifikasiya imtahanından kəsilən müəllimlərin əmək müqaviləsinə xitam verilə bilər

post-img

Mart ayının əvvəlindən etibarən müxtəlif regionlarında müəllimlərlə sertifikasiya imtahanı üçün görüşlər keçirilib.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, ötən illə müqayisədə imtahana qarşı müəllimlərdə psixoloji təzyiqlər azdır: “Ötən il ibtidai sinif müəllimlərinə yalnız ibtidai sinif məzmunundan suallar verildi, yuxarı sinif sualları verilmədi. Məqsəd müəllimlərin minimal bilik və bacarıqlarını yoxlamaq üçündür”.

Rüfət Əzizov bildirib ki, ötən sertifikasiya imtahanında iştirak edə bilməyən müəllimlər hamilə deyillərsə, 5 illəri tamam olmayıbsa, təkrar sertifikasiyada iştirak edəcəklər.

“Ötən sertifikasiya imtahanında uğur qazana bilməyən müəllimlər təkrar sertifikasiya imtahanından kəsilərlərsə onların əmək müqaviləsinə xitam verilə bilər. Qaydalara görə, təkrar sertifikasiyada yalnız birinci mərhələdə uğurlu olmayan müəllimlər iştirak edə bilər”, - deyə Rüfət Əzizov qeyd edib.

Təhsil