DİM-də ilk dəfə rəqəmsal SAT imtahanı keçirilib

post-img

Martın 11-də Dövlət İmtahan Mərkəzində (DİM) rəqəmsal SAT imtahanı təşkil olunub.

DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda 92 nəfər iştirak edib.

Növbəti rəqəmsal SAT imtahanının mayın 7-də keçirilməsi nəzərdə tutulur.

Rəqəmsal SAT imtahanı barədə ətraflı məlumat DİM-in rəsmi internet səhifəsində yerləşdirilib. Əlavə sual yarandığı halda [email protected] ünvanına yazmaq olar.

Təhsil