Laçın–Xankəndi yolunda Novruz ab-havası

post-img

Otuz il “Gün gələcək növbəti Novruz bayramını Qarabağda keçirəcəyik” arzusunun reallaşacağı günün həsrəti ilə yaşadıq. O gün gəldi. Artıq 3-cü ildir ki, Novruzu Qarabağda keçiririk. Aksiya iştirakçıları da bayramı Laçın–Xankəndi yolunda qarşılayırlar. Onlar etirazlarını bayram əhval-ruhiyyəsi ilə davam etdirirlər.

Yeni könüllü qruplar da aksiyaya dəstək vermək üçün əraziyə gəliblər. On­lar da qanunsuzluğun, ekoloji terrorun dayandırılması ilə bağlı şüarlar səslən­dirirlər. Davam edən haqlı etirazlar onu deməyə əsas verir ki, heç bir kənar təzyiq aksiyanı dayandıra bilməz! 

Azərbaycanın Qarabağ iqtisadi rayo­nunda faydalı qazıntı yataqlarının qanun­suz istismarına qarşı Xankəndi–Laçın yo­lunda keçirilən etiraz aksiyası 98 gündür fasiləsiz olaraq davam edir. Gün ərzində yoldan, ümumilikdə, 100-dən çox nəqliy­yat vasitəsinin keçidinə şərait yaradılıb.

* * *

Qərbin nümayiş etdirdiyi ikili standartlar Azərbaycandan daha aydın görünür. Otuz ilə yaxın müddətdə torpaq­larımız erməni vandalizminin işğalı altın­da qaldı, minlərlə vətəndaşımız öldürüldü, əsir düşdü, olmazın işgəncələrinə məruz qaldı – Qərb susdu. Avropa Ermənistanın işğalına müxtəlif don geyindirməyə ça­lışdı, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməni heçə saydı. Qərbin “səmimi düşmənçiliyi” barədə uzun siya­hı yaratmaq olar. Ən əsası, kimin haqlı, kimin haqsız olduğunu yaxşı bilirik. Biz növbəti qərəzi yenə də erməni lobbisinin alətinə çoxdan çevrilmiş, hayların vəki­li rolunu oynayan Avropa Parlamentinin qəbul olunmuş qətnaməsində müşahidə etdik. Biabırçı qətnamə Avropa Parlamen­tinin əsl sifətini yenidən ortaya qoydu, on­ların ermənipərəst niyyətini rüsvaycasına ifşa etdi. Avropa Parlamentinin bu davra­nışları heç bir reallığa söykənmir. 

* * *

Qətnamədə yer alan fikirlərdən biri budur ki, Azərbaycan Laçın yolunu “bloka­da”ya alıb. Bu açıq-aşkara böhtan deyil­mi? Aksiya dinc məqsədlidir, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında mo­nitorinqin keçirilməsinə icazə verilməsini tələbi ilə onu azərbaycanlı könüllü gənc­lər və ekoloqlar təşkil ediblər. İndi hansı dövrdür ki, həqiqəti görməyəsən? Qərb dövlətləri mediası, süni peyk vasitəsilə ərazini görmürmü? Göz görə-görə hu­manitar aksiyaya siyasi don geyindirmək ermənilərin havasına oynamaqdan başqa bir şey deyildir. Bu ermənipərəst parla­ment Azərbaycanın qələbəsini həzm edə bilmir, çünki erməni lobbisinin valyuta da­ğarcığının əsiridir.

Ölkəmizin qələbəsi ilə yekunlaşan Vətən müharibəsindən sonra 300-dən çox dinc sakinimizin mina terrorunun qur­banına çevrilməsinə gələndə, nədənsə, bu parlamenti təmsil edən deputatlar su­surlar. Biz AP-ni daha çox sabiq vitse-pre­zident Eva Kailinin korrupsiya skandalları ilə də xatırlayırıq. Legitimlikdən uzaq, separatçı, korrupsiya çirkabına bulaşmış, dövlətimizin ərazi bütövlüyünə hörmətsiz­lik sərgiləyən Avropa Parlamentinin Azər­baycana tövsiyə verməyə belə haqqı yoxdur. 

Avropa Parlamenti Ermənistanla da­nışıqlar ərəfəsində “katalizator” rolunu oynayır. Belə qarayaxma qətnamə Azər­baycan üçün lazımsız kağız parçasından başqa bir şey deyil, onu haqlı mövqeyin­dən çəkindirə bilməz. 

Laçın yolu ilə bağlı Azərbaycanın si­yasəti tam aydın və açıqdır. Bu siyasətin xüsusiyyətləri, elementləri müxtəlif vaxt­larda Azərbaycan Prezidenti tərəfindən ölkədaxili və xarici auditoriya üçün aydın ifadə olunub. Laçın yolu barəsində əks mövqe tutanlar qərəzlə Ermənistanın ma­raqlarından çıxış edirlər. 

İstərdik ki, Laçın yolu ilə bağlı üçtərəf­li Bəyanatın müddəaları tam şəkildə icra olunsun. Bu yol təyinatı üzrə – humanitar məqsədlər üçün istifadə edilsin, Ermənis­tanın hakimiyyət orqanlarının təmsilçiləri­nin sui-istifadə hallarının qarşısı alınsın. Bizə sirr deyil ki, bu yol vasitəsilə Qara­bağda separatizmə dəstək verən şəxslər keçirilir. Bu sərbəstliyin belə davamı qə­buledilməzdir.

Rizvan FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat