İsmayıllı-Lahıc yolunda avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırıb

post-img

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi  gecə saatlarında İsmayıllı-Lahıc-Burovdal avtomobil yolunun beş nöqtəsində yolun hərəkət hissəsinə sel suları nəticəsində  lil və qaya parçalarının tökülməsi səbəbilə avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyəti aradan qaldırıb.

Yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olub və dərhal əraziyə agentliyin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Qeyd edək ki, gecə boyu səhər saatlarınadək aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub.

"Xalq qəzeti"

Sosial həyat