Süni intellekt yalan da danışa bilər

post-img

ChatGPT chatbotunu idarə edən süni intellekt işəgötürəni razı salmaq üçün yalan danışa bilər. 

Bu fikri Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbinin professoru Et­han Mollik deyib.

Onun sözlərinə görə, süni intellekt (AI) insana bir sıra işlərdə, o cümlə­dən elektron məktubların yazılmasında kömək edə bilər. Lakin təcrübəçilərdə olduğu kimi, AI-nin də qənaətbəxş nəti­cələr əldə etməsi üçün insanlara ehtiyacı var: “Süni intellekt qüsursuz ola bilməz, insan ona kömək etməlidir”. 

Professor onu da qeyd edib ki, tələ­bələrindən ChatGPT-dən istifadə etmə­yi tələb edir ki, onlar onun üstünlüyünü başa düşə bilsinlər. 

L.AZAD, “Xalq qəzeti”

Sosial həyat