Hörmət hörmətə bağlıdır

post-img

Sosial şəbəkələrdə fəallığı ilə seçilən ziyalı xanım, filologiya üzrə fəlsəfə doktoru Aynur Familqızının “Facebook”da daha bir paylaşımı diqqətimi cəlb etdi. 

– Bəzən düşünürük, ən böyük dəyər nədən başlayır? Yaxud, ən böyük dəyərsizlik nədir? Hər kəs öz prizmasın­dan yanaşacaq, saydıqca bit­məyəcək… Amma bu sualın cavabı sadə olduğu qədər də, mürəkkəbdir. Həm də insan­lar arasında əlaqə, ünsiyyət məhz o nöqtədən başlayır: qarşılıqlı hörmət və sayğıdan. 

İnsanlar arasındakı – bö­yük və kiçik (həm yaş, həm vəzifəcə), valideyn və övlad, qadın və kişi, müəllim və tələ­bə arasındakı səmimi münasi­bət, ortam, nüfuz, sevgi bir-bi­rinə olan qarşılıqlı hörmətdən başlar. Sözsüz ki, bu münasi­bətin ilk təməli göz açdığımız ailədə qoyulur. Əvvəl evin içi, sonra çölü… 

P.S. Bunu da unutmayaq ki, hörmət uman özü hör­mətli olmalıdır. Xalqda deyil­diyi kimi: “Hörmət hörmətə bağlıdır”. 

M.QARAÇAYLI, “Xalq qəzeti”

Sosial həyat