Yaponiyanın “Cellato” şirkəti dünyanın ən bahalı dondurmasını təqdim edərək “Ginnes”in rekordlar kitabına düşüb.
“Byakuya” adlı təamın bir porsiyası müştərilərə 873 400 yapon yeninə (təxminən 6700 dollara) başa gələcək.
Nadir pendirlər və İtaliyada yetişdirilən ağ trüfel də daxil olmaqla, bir sıra digər inqrediyentlərdən hazırlanan dondurma xüsusi alıcılar üçün nəzərdə tutulub.
Şirkət gələcəkdə inqrediyentlərin qeyri-adi birləşmələri ilə digər desertlərin istehsalını da planlaşdırır. Onların arasında şampan və qara kürü ilə hazırlanan dondurma da olacaq.
Fidan HÜQUQQIZI, “Xalq qəzeti”