Protez ayaqlarla Everestə yürüş

post-img

Əfqanıstanda hər iki ayağını itirən Britaniya ordusunun keçmiş əsgəri dünyanın ən hündür zirvəsi Everesti fəth etmək qərarına gəlib. 

43 yaşlı Qari Budha Maqar 2010-cu ildə Əfqanıstanda xidmət edərkən əldəqayırma qurğunun partlaması nəticə­sində hər iki ayağını itirib. O, 8848 metr hündürlüyündə olan Everestə qalxmağı qarşısı­na məqsəd qoyub. Maqarın dağın zirvəsini fəth etməsi azı beş-yeddi gün çəkə bilər. 

Qeyd edək ki, Qari Maqar alpinist dostları ilə birlikdə Eve­restin 5 min 364 metr hündür­lükdə yerləşən baza düşər­gədən zirvəyə qədər olan məsafəni piyada qət etməlidir. 

“Xalq qəzeti”

Maraqlı