Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 13 560 mənzil və fərdi ev verilib

post-img

Şəhid ailələrinin, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin ana xəttini təşkil edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dövlət başçısının göstərişinə əsasən, bu kateqoriyadan olan vətəndaşların mənzillə təminatı proqramı 2018-2023-cü illərdə 5 dəfə genişlənib.

Həmin dövrdə 7892, ümumilikdə ötən dövrdə 13 560 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim edilib.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2018-2023-cü illərdə 1582, ümumilikdə ötən dövrdə 7500-dən çox avtomobil verilib.

Sosial həyat