Dəmirağac – Qəbələdə “Yad ağac”

post-img

Azərbaycan təbiətinin endemik (yəni sırf bu torpaqlara məxsus) bitkilərindən olan Dəmirağac respublikamızın cənub rayonlarında yayılmışdır. Kitablarda konkret kəndlərin adları da göstərilir: Lənkəran ovalığı (Lənkəran rayonu –Bürcəli Rvo və Təngivan kəndləri), Lerik rayonu (Piran kəndi), Astara rayonu (Maşxan kəndi), Lənkəranın dağlıq hissəsi, Lənkəran – Muğanı (Masallı rayonu – İmanlı kəndi, Viləşçay vadisi) və sair.

Sonralar Böyük Qafqazın Şərq his­səsində də (Qəbələ rayonunun Çuxur Qəbələ kəndi) bu ağac aşkar edilib. Həmin rayonun Mirzəbəyli kəndində isə cəmi bir dəmirağaca rast gəlinib və uzun illər “Yad ağac” kimi hamı onu ziyarət edib. 

Bu təbiət möcüzəsi haqqında ən gözəl ifadəni isə şair İlyas Tapdığın uşaq şeirlərində oxumuşuq: 

“Siçovul bu ağacın köklərini gəmirdi.

Dişləri batmayanda dedi, bu ki, dəmirdir…”

 

İ.MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat