Ümidlərimiz heç vaxt azalmasın!

post-img

Sosial şəbəkələrdə ümid və nikbin hisslər təlqin edən fikirləri hər dəfə böyük məmnuniyyətlə oxuyuram. Dünən “Facebook”da qarşıma aşağıdakı paylaşım çıxdı. Orada yazılıb: 

Ümidini itirmə , 

Sabahı bilən varmı 

Yaradandan başqa? 

Sən könlünü xoş tut, 

Əlbət, bir qapı açılar, 

Dua ilə ümidə... 

Paylaşım sosial şəbəkələrdə fəallığı ilə seçilən tanınmış jurnalist Şəmsiyyə Kəri­movaya məxsusdur. Mən Şəmsiyyə xanımı şəxsən tanımıram, amma onun insanlara xoş ovqat, müsbət əhvali-ruhiyyə bəxş edən fikir və düşüncələrini böyük həvəslə oxuyuram. Hər dəfə də ürəyimdə “afərin” deyib aldığım pozitiv enerjiyə görə özümü müəllifə borclu sanıram. 

P.S. Əziz oxucu, qoy ümidlərimiz heç vaxt azalmasın! Əksinə, artsın, bütün arzularımız çin olsun! 

 

Təqdim etdi:
M.HACIXANLI,
“Xalq qəzeti”

Sosial həyat