Azərbaycanda rəqəmsal təbabət

post-img

Azərbaycanda modern texnologiyaların tətbiqinə diqqət günbəgün artırılır. Məsələn, İnformasiya Texnologiyaları İnstitutunda rəqəmsal tibbin formalaşması və intellektuallaşdırılması problemləri uğurla tədqiq edilir.

İnstitutdan bildirdilər ki, cari ildə “Səhiyyə 4.0 mü­hitində məkan üzrə əhalinin sağlamlığı və demoqrafik təhlükəsizliyinin qiymətləndirilməsi”, “Səhiyyə 4.0 və e-dövlət platformasında vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması mexanizmlə­rinin işlənməsi”, “Qaraciyər xəstəlikləri üzrə müalicə-di­aqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Tibbi sosial media resurslarının münasibət seqmentlərindəki informasiyanın analizi və qərarların qəbulu məsələləri” mövzularında aparılan el­mi-tədqiqat işləri davam etdiriləcək.

“Xalq qəzeti”

Sosial həyat